Qaynar xətt:

(+99450) 247 90 86

Tovuzdan dəhşətli xəbər gəldi: Ölü sayı artdı + ADLAR

Tovuzdan dəhşətli xəbər gəldi: Ölü sayı artdı + ADLAR

KRİMİNAL

752

28.06.2022, 09:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Tovuzda yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların şəxsiyyəti dəqiqləşib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Quşçu kəndində "VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Hümbətov Həzirətabbas Yaşar oğlu və 2005-ci il təvəllüdlü Atayev Aykut Sahib oğlu hadisə yerində dünyasını dəyişiblər. Daha 3 nəfər - 2009-ci il təvəllüdlü Hüseynov Uğur Rafiq oğlu, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.