Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70991
az

Hamilə ana körpəsinin ardınca özünü atdıqdan az sonra... - Hadisə yerindən VİDEO

00:0221 İyun, 2022
207
KRİMİNAL
  • A

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 116 ünvanındakı yaşayış binalarının birində körpə 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb. Bu zaman anası da özünü övladının ardınca atıb.

OXU24.COM "qafqazinfo"ya istinadən xəbər verir ki, İctimai TV hadisədən qısa müddət sonra baş verənlərin görüntülərini əldə edib. 

Belə ki, ananın körpənin ardından özünü atmasından sonra dərhal onu qucağına aldığı və sakitləşdirməyə çalışdığı sözügedən görüntülərdə əksini tapıb.

 

Çox keçmədən hadisə yerinə polis əməkdaşları gəlib. 

Qonşuların sözlərinə görə ana və azyaşlı övladı sözügedən ünvanda tək yaşayır.

Yaşyarımlıq körpə və anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu ana ilə körpəsinin vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, onlara ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur:

"Mərkəzə gətirilərkən vəziyyətləri orta ağır olub. Müəyyən müayinələrdən keçirilib, məlum olub ki, körpədə bəzi sıyrıqlar və kiçik travmalar var. O cümlədən anasında da buna bənzər xırda travmalar və sıyrıqlar müşahidə olunub. Hər ehtimala qarşı ikisi də ultrasəs müayinəsindən keçib. Onlarda daxili zədələrin olmadığı bildirilib".

Qeyd edək ki, qadın 20 həftəlik hamilədir. O, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb, müalicəsi davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub