Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70943
az

Gəncədə qətl: "Dedi, mənə İmam Hüseyn icazə verib ki..." - Şok təfərrüat

18:1319 İyun, 2022
257
KRİMİNAL
  • A

Gəncə şəhərində 1985-ci il təvəllüdlü Elçin Əliyev şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Ayxan Məmmədovu qətlə yetirib.

OXU24.COM Teleqraf.com-a istinadən bildirir ki, ötən il noyabrın 8-də Samux-Gəncə avtomobil yolunun kənarında Gəncə şəhər sakini Ayxan Məmmədov öldürülüb.

Müəyyən edilib ki, onu tanışı Elçin Əliyev bıçaqla qətlə yetirib.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nural Əliyevin sədrliyi ilə araşdırılıb.

"Xəstələr üçün narkotik satdığını bildirdi"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin bildirib ki, Ayxanı qonşu kimi tanıyıb: "Münasibətlərimiz normal olub. Hətta bir dəfə mərhumun avtomobilini təmir etdirmişəm. Bundan əlavə, ad gününü qeyd etmək üçün 50 manat məbləğində pul vermişəm. Hadisədən təxminən 1-2 gün əvvəl yaşadığım evin ətrafında küçədə Ayxanla rastlaşdım. Söhbət zamanı mənə xəstələr üçün dərman, yəni narkotik satdığını bildirdi. Mən ona etiraz etdim, insanların həyatını zəhərləyən işlərlə məşğul olmamağı məsləhət gördüm.

Ayxan isə hərəkətlərini davam etdirəcəyini və buna heç kəsin qarışa bilməyəcəyini bildirdi. Bunu eşidəndə onu yanımdan qovdum. "Bir də eşitsəm ki, bu işlərlə məşğulsan, məndən incimə" -dedim".

"Məni təhqir etməyə başladı"

Elçin deyib ki, bu zaman Ayxan onunla sağollaşaraq getmək istəyib: "Onun sağolunu qəbul etmədim, evimə doğru getdim. Ayxan da oradan uzaqlaşdı. Təxminən bir neçə dəqiqə sonra Ayxan istifadəmdə olan telefona zəng etdi. Zəngə cavab vermədim. Yenidən zəng edəndə nömrəm aylıq abunədi, onun konturu getməsin deyə geri zəng etdim.

Ayxan mənə telefonda 20 dəqiqəyə bir daha zəng vuracağını, yer təyin edərək görüşəcəyimizi və heç kəsin onun narkotik satmağına qadağa qoya bilməyəcəyini bildirdi. Mən ondan 20 dəqiqəni nə üçün gözlədiyini soruşdum, indi görüşməyi dedim. O, 20 dəqiqəyə yer barəsində xəbər edəcəyini söylədi. Mən də "gəl bayaq görüşdüyümüz yerdə gözləyirəm" dedim.

Ayxan telefonu üzümə qapatdıqda yenidən onu yığmağa çalışdım. Nəhayət, telefonu götürdü və mənə Samux yolunda görüşməyi təklif etdi. Mən də 20 dəqiqəni gözləmək lazım olmadığını, saat 21-dən sonra komendat saatının başlayacağını bildirdim. Ayxan yenidən mənimlə 20 dəqiqədən sonra görüşəcəyini deyərək, nalayiq ifadələrlə təhqir etməyə başladı".

"Başımın üzərindən atəş açdı"

Elçin qeyd edib ki, bundan sonra taksi fəaliyyəti ilə məşğul olan Orxanın avtomobilinə minib, Ayxanın evinə doğru gedib: "Ayxanın avtomobili evinin yanında idi. Orxan maşınını bir az aşağı, yəni stomatologiya ofisinin qarşısında saxladı. Avtomobildən düşüb Ayxangilin evinə doğru getdim. Bu vaxt Ayxan çiynində silah darvazanın qabağında dayanmışdı. Mən ona söhbət üçün kənara getməyi təklif etdim. O, "getmirəm" deyərək avtomobilinin qabaq istiqamətinə keçdi. Əlində olan silahdan başımın üzərindən atəş açdı.

İkinci patronu silahın xəzinəsinə qoymaq istəyərkən sursat Ayxanın əlindən su gölməçəsinə düşdü. Həmin vaxt atəşin səsinə Ayxangilin evinin sağ tərəfindən tanımadığım ortayaşlı bir qadın çıxdı. Mən həmin qadına narahat olmamağı dedim, səsin "vzrıvpaket"dən gəldiyini bildirdim, Orxanın maşınına əyləşərək evimə doğru getdim".

"Yenidən silahı tuşladı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, atəş açılarkən Orxan hadisənin şahidi olub:

"Daha sonra ara küçələrlə evə doğru getdim. Ayxanın öz avtomobili ilə bizi təqib etdiyini gördüm. Ayxan avtomobilin işıqları ilə bizim maşını saxlamağımızı işarə etdi. Maşından düşdüm, Ayxanı çağırdım. O, avtomobildən düşmədi, silahı mənə tuşladı. Orxanın avtomobilinə minərək getdim".

"İmam Hüseyndən icazə aldığını dedi"

Elçinin sözlərinə görə, ertəsi gün, yəni noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi gününü qeyd edib və bu zaman Fuad da onunla birlikdə olub: "Eminin avtomobili ilə İmamzadə kompleksinə ziyarətə getmək üçün onun da bizə qoşulmasını xahiş etdim. Şəhər ərazisində qələbə münasibəti ilə tıxac olduğundan, ara küçələrlə Ayxangilin evinin qarşısından keçməyə qərara gəldik.

Ayxanın darvazanın qabağında telefonla danışdığını gördüm. Bizə əl edərək, maşını saxlamağımızı istədi. Eminə "maşını saxla" dedim. Ayxan yaxınlaşaraq bizimlə görüşdü və fırlanaraq maşına əyləşdi. Onunla arxa oturacaqda oturdum.

Yolda əvvəlki gün olan söhbəti və etdiyi hərəkətləri onun yadına saldım, düzgün yola gəlməyi məsləhət gördüm. Ayxan cavabında mənə yaxşı etdiyini dedi. Sonra öz həyatından gileyənməyə başladı, əmisini, atasını təhqir etdi.

Mən Ayxandan atasını, əmisini təhqir etməməyi xahiş etdm. O da İmam Hüseyndən icazə aldığını və bu səbəblə təhqir etdiyini dedi..."

"Mənə zərbə endirmək istədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ayxandan bir gün əvvəl söylədiyi nalayiq ifadələrin və güllə atmasının yadında olub-olmamadığını soruşub: "Ayxan yadında olduğunu söylədi. Ondan bəlkə hallı, yəni narkotik sərxoşluğu vəziyyətində olub-olmadığını soruşdum. O, hazırda ayıq olduğunu dedi. Ayxandan hansı səbəbdən güllə atdığını soruşdum, məni öldürmək üçün belə etdiyini dedi. Ona ötən günki telefon danışığı zamanı istifadə etdiyi sözlərə görə cavab verməli olduğunu bildirdim.

İmamzadənin yanında düşmək istədikdə, Ayxan Emindən iki-üç dəfə qışqırtı ilə düz sürməyi tələb etdi, bir az irəli hərəkət etdikdən sonra isə avtomobili saxlatdırmaq istədi.

Eminə avtomobili saxlatdım. Ayxanla düşərək yolun kənarında olan arxa tərəfə çəkildik. Ayxandan yenidən bəlkə səhv etdiyini soruşdum. Cavabında "yaxşı etmişəm, səni güllələyəcəm" dedi. Mən özümdə olmayaraq Ayxana yumruq vurdum, o, arxa tərəfə yıxıldı.

Arxda olarkən Ayxanın əlində bıçaq gördüm. O, bıçağı ilə mənə qarşı irəliləyərək zərbə endirmək istədi. Bıçağı əlindən almaq istədim, əlim kəsildi".

"Əlimi və paltarımın qan içində olduğunu gördü"

Təqsirləndirilən şəxs deyib ki, Ayxanın əlindən bıçağı alıb,,ona zərbələr endirdib: "Neçə zərbə vurduğumu xatırlamıram. Arxda olarkən Fuad mənim əlimdən bıçağı alıb kənara atdı. Ancaq onun bıçağı hansı şəraitdə əlimdən aldığını da hazırda xatırlamıram.

Arxdan çıxaraq Emini səslədim, avtomobillə məni aparmasını tələb etdim. O, əlimin, paltarımın qan içində olduğunu gördü, qorxusundan dediklərimi etdi. Ayxan da arxdan çıxaraq yol boyu irəlilədi. Fuad ona kömək etməküçün getdi.

Eminlə birlikdə həmin yerdən uzaqlaşdıqdan sonra Dəliməmmədli tərəfdə maşından düşdüm, xatırlamadığım istiqamətdə getdim".

"Öldürmək niyyətim olmayıb"

Elçinin sözlərinə görə, həmin gün kənd tərəfdə tanımadığı mağazadan su alaraq paltarını təmizləyib: "Sonra Gəncə şəhərə gəldim. Gəzən söz-söhbətlərdən Ayxanın öldüyünü anladım. Bir müddət Gəncə şəhərində müxtəlif yerlərində oldum.

Sonra isə əməlindən peşman olaraq 11 noyabr 2020-ci il tarixdə özümü könüllü qaydada istintaqa təqdim etdim. Ayxanı öldürmək niyyətim olmayıb".

Elçin 17 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat
Daha tez-tez yerkökü və pomidor yeyin

20 yaşlı gənci maşın vurdu

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib