Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70796
az

Gədəbəydə qaya daşları üstündə dava: - \"Mismarı üzümə çəkdi\"

18:5914 İyun, 2022
201
  • A

Gədəbəy rayonunda 1962-ci il təvəllüdlü Nürəddin tanışı Vaqifə xəsarət yetirib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 6-da Gədəbəy şəhərində baş verib.

Nürəddin həmin küçə ilə piyada hərəkət edən zaman bir neçə gün əvvəl işlədiyi Azərbaycan İnterneyşınıl Mayninq Kompani şirkətinə həmkəndlisi Vaqifin qardaşları tərəfindən gətirilmiş qaya daşlarının şirkət rəhbərliyinin bəyənməməsi üstündə aralarında olan narazıq yaranıb.

Bu zaman Nürəddin Vaqifi kəsici alətlə vuraraq ona sifətinə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Nürəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.

Cinayət işi baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Füzuli Mirzəquliyevin icratına verilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nürəddin bildirib ki, ailə üzvləri ilə Arıxdam kəndində yaşayır: “Təxminən 2021-ci ilin oktyabrın axırlarında Vaqifin qardaşları İlham və İlqar işlədiyim qızıl mədəninin yanına şirkət rəhbərinin sifarişi ilə daş gətirərək tökdü. Müdiriyyət həmin daşı bəyənmədi. Bu səbəbdən Vaqiflə aramızda narazılıq yarandı. Vaqif iş yerimə gələrək, mənə iradını bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 6-da, saat 15:30-da iş yoldaşı Şahidlə işdən çıxıb və piyada evə gedib: “Gədəbəy şəhərində yerləşən polis şöbəsinin köhnə inzibati binasının yanına çatanda Vaqifin ekskvatorla yol kənarında dayandığını gördüm. Məni görən kimi o, qışqıraraq traktordan düşdü, əlində "mantrovka" söyə-söyə üstümə yeridi. Cibimdə olan mismarı əlimə götürdüm. Mismarı Vaqifin sol sifət nahiyəsinə çəkərək ona xəsarət yetirdim”.

Nürəddin deyib ki, Vaqif onu söydüyü üçün ona eyni söyüşlərlə cavab verib: “Həmin vaxt yanımda olan Şahid və orada olan şəxslər bizi araladı. Sonra evimə getdim. Hadisəni törədərkən sərxoş olmamışam”.

Nürəddin bildirib ki, törətdiyi əməldən peşmandır. Onun sözlərinə görə, zərərçəkmişdən üzr istəyib, onunla barışıb, ona dəymiş zərəri ödəyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vaqifin bildirdiyinə görə, təxminən 2021-ci ilin oktybrın axırlarında qardaşı kənddə küçəyə daş tökdüyünə görə Nürəddinlə aralarında narazılıq yaranıb: “Noyabrın 6-da saat 15.30-da idarə etdiyim ekskavatorla Gədəbəy şəhərində polis şöbəsinin köhnə inzibati binasının yaxınlığından keçən kanalın içərisinin zibillərini təmizləyən zaman Nürəddin sərxoş vəziyyətdə oraya gəldi. Məni görən kimi nalayiq söyüşlərlə söyməyə başladı.

Traktordan düşmədən ondan söyüş söyməməsini tələb etdim. Nürəddin məndən traktordan düşməyimi tələb etdi. Traktordan düşüb ona tərəf getdim. O da üstümə gəldi, cibindən çıxardığı kəsici alətlə sol sifət nahiyəmə xəsarətlər yetirdi”.

Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Nürəddinin barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat
Daha tez-tez yerkökü və pomidor yeyin

20 yaşlı gənci maşın vurdu

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Bakıda dəhşət! İt sahibini yedi