Qazi niyə öldürülüb? - TƏFƏRRÜAT
27 Oktyabr 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
395
08.06.2022, 22:49
Son vaxtlar taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin iştirakı ilə baş verən avtoqəzaların sayı sürətlə artmaqdadır.
OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, bir çox hallarda yüngül və ya ağır xəsarətlərlə nəticələnən bu cür qəzalar zamanı bəzən ölüm halları da qaçılmaz olur. Ekspertlərin sözlərinə görə, taksi qəzalarının miqyasının genişlənməsi digər hərəkət iştirakçılarının, xüsusən sərnişinlərin həyatını risk altında saxlayır.
Elə digər sürücülər də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin daha çox qəza şəraiti yaratdıqlarını deyirlər. 1 manatlıq taksi fəaliyyəti ilə məşğul olanlar və priuslar isə sürücülərin sözün əsl mənasında qorxulu yuxusuna çeviriliblər.
Avtomobil ustası İlham Ağayev deyir ki, əvvəllər qəza vuruqları ilə müraciət edənlər arasında taksilər azlıq təşkil edirdi. Səbəb isə sürücülərin yeganə qazanc mənbəyi olan avtomobilinə həssas yanaşması idi. Son zamanlarda isə vəziyyət tam dəyişib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, xüsusən maddi zərərlə nəticələnən yol qəzalarının təhlili zamanı əksəriyyətin taksi sürücüləri tərəfindən törədilməsi məlum olur. Ekspert buna səbəb kimi taksi fəaliyyətində xaotik vəziyyətin hökm sürməsini göstərir.
Ekspert taksi şirkətlərinin də yaranan vəziyyətdən sui-istifadə etdiklərini deyir. O qeyd edir ki, qəzalara əsas səbəb sürücünün həddən artıq sükan arxasında olması, yuxusuzluğu və yorğunluqdur. Çünki, hazırda taksi xidmətləri ucuz olduğundan sürücü də avtomobilin icarə haqqını ödəmək, üstəlik də qazanc əldə etmək üçün bəzən hətta 18-20 saata yaxın avtomobil idarə edir.
Elməddin Muradlı onu da əlavə edib ki, Bakı Şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalanıb. Aidiyyəti qurumlar bununla bağlı konsepsiya hazırlamalıdırlar. Əgər paytaxtda prosses uğurlu həyata keçsə, gələcəkdə bölgələrdə də bu cür işlər görmək mümkün olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
13:50 / 27 Oktyabr 2026
83
13:45 / 27 Oktyabr 2026
23
13:42 / 27 Oktyabr 2026
26
13:29 / 27 Oktyabr 2026
216
13:25 / 27 Oktyabr 2026
62
13:15 / 27 Oktyabr 2026
457
13:08 / 27 Oktyabr 2026
156
12:56 / 27 Oktyabr 2026
79
12:49 / 27 Oktyabr 2026
139
12:47 / 27 Oktyabr 2026
75
12:45 / 27 Oktyabr 2026
83
12:43 / 27 Oktyabr 2026
74
12:35 / 27 Oktyabr 2026
443
12:32 / 27 Oktyabr 2026
100
12:30 / 27 Oktyabr 2026
147
12:28 / 27 Oktyabr 2026
88
12:24 / 27 Oktyabr 2026
83
12:01 / 27 Oktyabr 2026
77
11:55 / 27 Oktyabr 2026
90
11:45 / 27 Oktyabr 2026
77
11:33 / 27 Oktyabr 2026
95
11:25 / 27 Oktyabr 2026
128
11:16 / 27 Oktyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.