Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
29 Oktyabr 2026, 07:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1793
20.05.2022, 14:19
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır-qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Belə ki, 07 iyul 2017-ci ildə Qubanın Küpçalqışlar kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılmış VAZ 2106 markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 2022-cil aprelin 25-də iş üzrə dayandırılmış icraat təzələnib, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat tədbirləri ilə, Xaçmaz rayon sakini 28 yaşlı Osman Ömərovun 06 iyul 2017-ci il tarixdən 07 iyul 2017-ci il tarixə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirməsindən sonra Rəhman İşıqovla aralarında baş vermiş mübahisə ilə əlaqədar üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib, daha sonra cinayətin izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Osman Ömərov təqsirləndirilən şəxs qismində cəlb edilməklə hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
07:33 / 29 Oktyabr 2026
58
07:32 / 29 Oktyabr 2026
55
01:47 / 29 Oktyabr 2026
793
01:20 / 29 Oktyabr 2026
759
01:13 / 29 Oktyabr 2026
303
00:04 / 29 Oktyabr 2026
563
23:58 / 28 Oktyabr 2026
128
23:54 / 28 Oktyabr 2026
22764
23:53 / 28 Oktyabr 2026
785
23:46 / 28 Oktyabr 2026
152
23:33 / 28 Oktyabr 2026
307
23:20 / 28 Oktyabr 2026
184
23:19 / 28 Oktyabr 2026
670
23:14 / 28 Oktyabr 2026
109
23:10 / 28 Oktyabr 2026
151
22:50 / 28 Oktyabr 2026
1442
22:45 / 28 Oktyabr 2026
112
22:37 / 28 Oktyabr 2026
106
22:33 / 28 Oktyabr 2026
103
22:29 / 28 Oktyabr 2026
472
20:59 / 28 Oktyabr 2026
103
20:36 / 28 Oktyabr 2026
134
20:29 / 28 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.