Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69479
az

Mənzildən kəskin iy gəldi, qapını açanda dəhşətə gəldilər - 25 yaşlı Ayşəni öldürüb... - Təfərrüat

20:5914 May, 2022
1151
KRİMİNAL
  • A

Sumqayıtda 25 yaşlı qızın boğularaq öldürülməsinin bəzi təfərrüatı üzə çıxıb.

OXU24.COM bildirir ki, kriminalqafqaz-ın əldə etdiyi məlumata görə, 17-ci mikrorayonda yerləşən binada yaşayan sakinlər mayın 12-də oradan kəskin qoxunun gəldiyini hiss edərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra əraziyə xilasedicilər və polislər gəlib. Mənzilin qapısının açılmasından sonra 1997-ci il təvəllüdlü A.Bayramovanın meyiti aşkarlanıb.

İlkin araşdırmalar nəticəsində Ayşənin tanışı Xalid Əmənov tərəfindən 4 sutka əvvəl boğularaq öldürülməsi və meyitin həmin müddət ərzində mənzildə bağlı qapı arxasında qalması məlum olub.

O da məlum olub ki, gənc qızın həyat tərzi və şəxsi seçimləri səbəbindən ailəsi ilə münasibətləri pozulub. Bu səbəbdən də uzun müddət kimsə onunla maraqlanmayıb və 25 yaşlı qızın harada yaşamasını qohumları bilməyib. Belə ki, A.Bayramovanın qətlə yetirilməsi məlum olandan sonra və onun meyiti morqa aparılarkən yaxınlarından kimsə orada olmayıb.

Qeyd edək ki, A.Bayramova həmin mənzildə yeni kirayə yaşamağa başlayıbmış.

Faktla bağlı cinayət işi başlanıb. Xalid Əmənov şübhəli şəxs qismində tutulub, istintaq davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO