Qaynar xətt:

(+99450) 247 90 86

Polis qadını həbs etdi: Görün nə edirmiş 

Polis qadını həbs etdi: Görün nə edirmiş 

KRİMİNAL

1213

09.05.2022, 16:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şəlalə İsmayılova tutulub.

Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, Ş.İsmayılova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Maşın almaq istəyənlərin diqqətinə! DÖVLƏT MAŞINLARI UCUZ QİYMƏTƏ SATILIR