Hadisə yerinə polis əməkdaşları cəlb olunub - YARALILAR VAR
30 Oktyabr 2026, 02:02
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2105
01.05.2022, 10:05
Bir neçə gün əvvəl Bakı şəhər Nəsimi rayonunda məktəblinin intihar etməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
Oxu24.com Qafqazinfo-ya istinadla xəbər verir ki, istintaqçılar Natiq Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü Ruintin Nəmin Kənan İrəc oğlunun "Galaxy TAB A7” markalı tabletdə (planşet) bu hadisəyə səbəb ola biləcək faktları aşkarlayıblar.
Hadisədən dərhal sonra mənzilin oyun otağında Nəsimi rayonu 10 nömrəli orta məktəbin 2-ci sinfində oxuyan uşağın daimi istifadəsində olan tableti istintaqçılar tərəfindən maddi sübut kimi götürülüb. Mobil cihazın qalereya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də "3 days to die” və sair bu tip oyun və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Həmçinin tabletin "Samsung Notes” bölməsində "salam, mən Anabellayam və bu axşam səni öldürəcəyəm” məzmununda yazışma aşkar edilib.
Bütün faktlar toplanaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, məktəblinin anası hadisədən sonra hüquq-mühafizə orqanlarının nümayəndələrinə övladının məktəbdə sinif yoldaşı ilə problem yaşadığını və incidildiyini bildirmişdi.
SON DƏQİQƏ! Rusiyanın silah və əsgər dolu qatarı vuruldu - VİDEO
08:25 / 30 Oktyabr 2026
51
08:10 / 30 Oktyabr 2026
65
05:18 / 30 Oktyabr 2026
169
02:20 / 30 Oktyabr 2026
666
02:02 / 30 Oktyabr 2026
585
01:48 / 30 Oktyabr 2026
509
01:35 / 30 Oktyabr 2026
165
01:25 / 30 Oktyabr 2026
1368
01:02 / 30 Oktyabr 2026
120
00:57 / 30 Oktyabr 2026
248
00:54 / 30 Oktyabr 2026
100
00:52 / 30 Oktyabr 2026
94
00:26 / 30 Oktyabr 2026
105
23:55 / 29 Oktyabr 2026
93
23:40 / 29 Oktyabr 2026
228
23:27 / 29 Oktyabr 2026
109
23:23 / 29 Oktyabr 2026
256
23:20 / 29 Oktyabr 2026
119
23:11 / 29 Oktyabr 2026
589
23:08 / 29 Oktyabr 2026
331
23:05 / 29 Oktyabr 2026
2367
23:00 / 29 Oktyabr 2026
457
22:50 / 29 Oktyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.