Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb

Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb

KRİMİNAL

859

23.04.2022, 10:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.