Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda küçədə yeniyetmənin anasını öldürməsinin ilkin səbəbi məlum oldu - YENİLƏNİB

Bakıda küçədə yeniyetmənin anasını öldürməsinin ilkin səbəbi məlum oldu - YENİLƏNİB

KRİMİNAL

1199

20.04.2022, 18:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

15:26

Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Nizami Rayon Prokurorluğundan Milli.Az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

---------
14:04

Bakıda oğul anasını qətlə yetirib.

OXU24.COM Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının qarşısında baş verib.

Stansiyanın qarşısında oğul anasını bıçaqlayaraq qətlə yetirib.

O qətli törədəndən sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.