Vardanyanın məhkəməsində baş verənlər
18 Mart 2025, 18:30
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
2141
13.04.2022, 16:02
İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanovun yaşadığı evlə üzbəüzdəki mağazanın satıcısı Şamil Vəliyev ifadə verib.
O bildirib ki, ibtidai istintaq zamanı ondan İlkin Süleymanovun əleyhinə ifadə almağa cəhd göstəriblər: “Məndən tələb edirdilər deyim ki, Nərmin itkin olduğu dövrdə İlkin məndən “pampers” alıb. Dedim ki, axı heç o mağazada “pampers” satmıram, necə deyim? Tələb edirdilər ki, de, görən olub”.
Şamil Vəliyevin sözlərinə görə, İlkin Süleymanovu sakit təbiətli biri kimi tanıyıb: “Bu gün də kənddə yaşayanlar, o cümlədən özüm bu cinayəti İlkinin törətdiyinə inanmırıq. Heç kiminlə işi yox idi. Gündə 3-4 dəfə qapıya çıxıb siqaret çəkərdi, evə girərdi. Bacısı müəllimdir, o evə yanına hazırlaşmaq üçün hər gün nə qədər uşaqlar gəlir. Yəni evlərində adam çox olur həmişə”.
Qeyd edib ki, meyit yandırılan yer Süleymanovların evinin qarşısında (maşın yolu ayırır), mağazanın isə yan hissəsində yerləşir. Hadisə vaxtı – 2020-ci il yanvarın 6-da axşam saat 20.00-da mağaza bağlı olub. Şamil Vəliyev deyib ki, qonşu kəndə qayınanasıgilə gediblər, həmin gün mağazanı bir qədər tez bağlayıb: “Buna baxmayaraq, yanvarın 7-də axşam saat 22.00-da məni də Tovuz rayon polis şöbəsinə aparıblar, bir də yanvarın 9-da, səhər saat 7-də buraxdılar. Yanvarın 7-dən 8-nə keçən gecə İlkinlə eyni kamerada saxlanılmışam. Lakin 8-də gecə İlkini kamerada qandallayaraq apardılar”.
İlkin Süleymanov deyib ki, həmin gecədən başlayaraq, ona dözülməz işgəncələr verilib və nəticədə, yanvarın 10-na keçən gecə uşağı oğurlayıb öldürməsi barədə ondan tələb olunan ifadəyə imza atıb.
Şamil Vəliyev deyib ki, hadisə vaxtı mağazada müşahidə kamerası olmayıb və amma şöbədən buraxılandan dərhal sonra mağazaya kamera quraşdırıb.
Şamil Vəliyevin sözlərinə görə, hadisədən bir müddət sonra kamera Nərminin yaxınlarının Süleymanovların evinə hücum etməsini qeydə alıb: “Amma hadisədən sonra mağazaya gələn polislər məndən kameranın yaddaş hissəsini tələb edərək, apardılar. Təxminən 3-4 saat sonra qaytardılar. Mənim başım çıxmır, bu işi biləndən xahiş elədim, gəlib yenidən quraşdırdı. Bilmədim ki, oradan nəyi siliblər”.
Şamil Vəliyev əlavə edib ki, Tovuz rayon polis şöbəsində üç ay onun özünü də incidiblər.
Həmçinin oxuyun
Daha sonra Tovuz rayon polis şöbəsinin əməliyyatçıları Turqut Rəhimli, Azər Məmmədov, Post-Patrul Bölüyünün serjantı Vasif İsmayılov da dindirilib. Onlar bildirib ki, yanvarın 10-da İlkin Süleymanovun cinayəti törətməsi etirafından sonra onun hadisə yerinə aparılmasında iştirak ediblər.
Polislər iddia edib ki, Azər Məmmədovun avtomobilində İlkin Süleymanov onlara meyiti niyə yandırması, həyətlərində basdırmayıb, öz evlərinin qarşısına atmasının səbəbini izah edib.
Azər Məmmədov məhkəmədə belə ifadə verib: “Mən baş əməliyyat müvəkkiliyəm, marağıma görə ona sual verdim ki, niyə yandırdın? Dedi ki, ölünü yandırmaq günah deyil, dirini yandırmaq günahdır. Bildirdi ki, itlər axtarış zamanı gəlib tapa bilərdi deyə, ona görə öz bağımızda basdırmadım, ora atdım. Onu da dedi ki, uşağı kitab vermək adıyla aldadıb evə gətirib. Sonra bu işin səs-küyü qalxdığına görə qorxusundan buraxmayıb”.
Vəkillər baş əməliyyat müvəkkilinə sual verib ki, bəs o danışıqda İlkin Nərmini oğurlamasının səbəbini necə izah edib?
Azər Məmmədov bunun səbəbini soruşmadığını deyib.
Ondan sonra dindirilən ifadə verən polis nəfəri Vasif İsmayılov isə avtomobildə olduğu iddia edilən söhbət haqda başqa cür danışıb: “Dedi ki, təkbaşına quyu qaza bilməzdim, ona görə meyiti ora atdım”.
İlkin Süleymanov isə bildirib ki, hadisə yerində kamera ilə çəkiliş aparılarkən təzyiq altında uşağı kitab vermək adıyla aldatması, ölmüş insanın ağrı hiss etmədiyinə görə meyiti yandırması haqda ifadə verib.
İlkin Süleymanov deyib ki, amma avtomobildə belə söhbət olmayıb: “Yadındadır, məni sənin yanında qandallanmış vəziyyətdə üzüstə yerə yıxdılar. Əllərim qandallı, səhərə qədər dizüstə saxladılar, o vəziyyətdə yeriməyə vadar elədilər?”.
Polis əməkdaşları isə İlkin Süleymanovun bu dediklərini təkzib ediblər. Onlar İlkin Süleymanovun yalan danışdığını, ona qarşı heç bir təzyiqin olmadığını bildiriblər.
Hazırda proses davam edir.
20:24 / 18 Mart 2025
ABŞ HƏMAS-ı Qəzzada yenidən döyüşlərdə ittiham edir
8
20:23 / 18 Mart 2025
İsrail ordusu HƏMAS-ın rəhbərliyini sıradan çıxarıb
9
19:08 / 18 Mart 2025
Tramp ABŞ sanksiyalarına yenidən baxmağı əmr edib
42
19:06 / 18 Mart 2025
Poroşenko Zelenskini diktaturaya doğru irəliləməkdə ittiham edib
44
19:03 / 18 Mart 2025
Norveç Ukraynada sülhməramlıların yerləşdirilməsi ehtimalından danışıb
42
18:54 / 18 Mart 2025
Polşa ABŞ-ın Rusiyanı tələyə salmaq cəhdi barədə xəbərdarlıq edib
43
18:43 / 18 Mart 2025
Ağ Ev Putindən nə gözləyir?
46
18:30 / 18 Mart 2025
Vardanyanın məhkəməsində baş verənlər
61
18:07 / 18 Mart 2025
SON DƏQİQƏ! Bakıda güclü yanğın: Ölənlər var
905
17:46 / 18 Mart 2025
İlham Əliyev sərəncam imzaladı
578
17:34 / 18 Mart 2025
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
57
16:39 / 18 Mart 2025
Somalidə prezidentin korteji partladılıb
63
16:25 / 18 Mart 2025
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu
76
16:12 / 18 Mart 2025
Ukraynada hava hücumu xəbərdarlığı elan edilib
71
15:17 / 18 Mart 2025
Azərbaycanda aktrisa vəfat etdi
543
15:14 / 18 Mart 2025
Qazaxıstan Nüvə Enerjisi Agentliyi yaradacaq
94
14:59 / 18 Mart 2025
Ukraynalılar Kurski niyə tərk etdilər?
102
14:54 / 18 Mart 2025
Bu ölkələr mina müqaviləsindən çıxdılar
102
14:50 / 18 Mart 2025
ABŞ Çinə qaz tədarükünü dayandırıb
94
13:56 / 18 Mart 2025
HƏMAS Qəzzada döyüşlərin yenidən başlamasına münasibət bildirib
96
13:52 / 18 Mart 2025
Moldova Aİ-dən 1,9 milyard avro alacaq
96
13:29 / 18 Mart 2025
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
103
13:03 / 18 Mart 2025
SON DƏQİQƏ! DTX onu həbs etdi — DETALLAR
1455
12:37 / 18 Mart 2025
Əhaliyə xəbərdarlıq edildi: Martın 19-da...
254
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.