Azərbaycanda vəzifəli şəxsə hücum oldu - Başından YARALANDI (18+FOTO)
31 Oktyabr 2026, 13:37
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
566
11.04.2022, 14:58
Xəbər verdiyimiz kimi, bu gün Gəncə şəhərində 16 yaşlı qız ana olub.
Gəncə şəhər Perinatal Mərkəzin Baş həkimi Sevda Hüseynova jurnalistlərə açıqlamasında bildirib ki, həmin qız aprelin 9-u saat 04:42-də Perinatal Mərkəzə ağır vəziyyətdə, 40 həftəlik hamiləlik və üçüncü dərəcə piylənmə diaqnozu ilə daxil olub.
Baş həkim qeyd edib ki, daxil olarkən üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün xəstə 2003-cü il təvəllüdü ilə qeydiyyatdan keçirilib: “Xəstənin vəziyyəti ağır olduğundan (arterial təzyiq, qusma) təcili əməliyyata götürülüb. Əməliyyat olunub 4 kq çəkidə və 52 sm boyda qız uşağı doğulub. Hazırda ana və yeni doğulan körpənin vəziyyəti kafidir. Əməliyyatdan sonra xəstə kompüter vasitəsilə qeydiyyatda alınarkən onun 2006-cı il təvəllüdlü olduğu görünüb. Məlum olub ki, xəstənin 15 yaşı var. Özü bilərəkdən təvəllüdünü gizlədib. Daha sonra xəstə haqqında polisə məlumat verilib”.
Sevda Hüseynovanın sözlərinə görə, o, Gəncə şəhər sakini olduğu halda doğuşu başa çatdırmaq üçün Samux Rayon Xəstəxanasına müraciət edib: “Xəstə bizə Samuxdan həkim müşayiəti ilə Gəncəyə gətirilib. Yəqin ki, yaşını gizlətmək üçün Samuxa müraciət olunub. Xanımın çəkisi 110 kq olub. Yaşının az olmasına baxmayaraq, zahiri görkəmində 15 yaş olduğu bilinmir. Ona görə də xəstəxanaya daxil olarkən biz onun azyaşlı olduğunu bilməmişik”.
Xatırladaq ki, ilkin məlumata görə, qız 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurub. Hazırda qeyd edilən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb.
19:37 / 31 Oktyabr 2026
17
19:29 / 31 Oktyabr 2026
87
19:28 / 31 Oktyabr 2026
38
19:26 / 31 Oktyabr 2026
42
19:20 / 31 Oktyabr 2026
34
19:20 / 31 Oktyabr 2026
138
19:18 / 31 Oktyabr 2026
131
19:14 / 31 Oktyabr 2026
151
19:12 / 31 Oktyabr 2026
51
19:07 / 31 Oktyabr 2026
43
18:54 / 31 Oktyabr 2026
59
18:25 / 31 Oktyabr 2026
909
17:00 / 31 Oktyabr 2026
227
16:58 / 31 Oktyabr 2026
1208
16:52 / 31 Oktyabr 2026
100
16:50 / 31 Oktyabr 2026
110
16:45 / 31 Oktyabr 2026
335
16:22 / 31 Oktyabr 2026
820
16:06 / 31 Oktyabr 2026
662
16:02 / 31 Oktyabr 2026
473
15:52 / 31 Oktyabr 2026
143
15:40 / 31 Oktyabr 2026
103
15:38 / 31 Oktyabr 2026
231
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.