"Kahı"nın içərisindən narkotik çıxdı
16 Mart 2025, 17:32
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
1987
25.03.2022, 15:25
Goranboy rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
Oxu24.com Trend-ə istinadən bildirir ki, hadisə uşaq üstə baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov bir il əvvəl həyat yoldaşı Əfsanə Məmmədovadan ayrılsa da, rəsmi boşanmayıb. Cütlüyün birgə nikahdan iki oğlu, bir qızı var. Ə.Məmmədova bir il əvvəl uşaqları ilə birlikdə Goranboy rayonunun Dəliməmmədli kəndinə, atasının evinə gəlib. Ayrı qaldıqları müddətdə M.Süleymanov bir neçə dəfə həmin kəndə gələrək uşaqları ilə görüşüb.
Məlumata görə, M.Süleymanov Novruz bayramı ilə əlaqədar uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Ə.Məmmədova buna etiraz edib və uşaqların atası ilə getməsini istəməyib.
Martın 23-də M.Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib.
Martın 24-də M. Süleymanov yenidən kəndə gəlib uşaqlarını istəyib. Ə.Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün günorta radələrində Ə.Məmmədova Dəliməmmədli kəndində atasının evindən çıxarkən qəfil M.Süleymanovla rastlaşıb. M.Süleymanov ondan uşaqlarının yerini soruşanda Ə.Məmmədova ona rədd cavabı verib və aralarında mübahisə yaranıb. Qadın M.Süleymanovdan ayrılaraq qaçmağa başlayıb. M.Süleymanov isə dərhal idarə etdiyi "Land Rover" markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub. Hadisə nəticəsində Ə.Məmmədova ağır xəsarətlər alsa da, M.Süleymanov bununla sakitləşməyib. O avtomobilində olan bıçaqla qadına bir neçə zərbə endirərək qətlə yetirib.
Məlumata görə, hadisəni törədən M.Süleymanov Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mahirin Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət cərgəsi var.
Həmçinin oxuyun
Xatırladaq ki, hadisə martın 24-də Goranboy rayonunun Dəliməmmədli kəndində baş verib. Goranboy Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 24-də saat 14 radələrində 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də zəruri cinayət-prosessual hərəkətlər icra edilib.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov idarə etdiyi "Land Rover Discovery" markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub, daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.
Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan götürülüb.
17:32 / 16 Mart 2025
"Kahı"nın içərisindən narkotik çıxdı
32
17:22 / 16 Mart 2025
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
30
16:40 / 16 Mart 2025
Güllələrlə zarafat edən HƏRBÇİLƏR: Onlar haqqında İNANILMAZ HƏQİQƏTLƏR... - VİDEO
311
16:20 / 16 Mart 2025
Qonaq getdikləri evdə 3 yaşlı uşağı “tok” vurdu
46
16:03 / 16 Mart 2025
"Hizbullah"ın iki üzvünü öldürülüb
65
14:29 / 16 Mart 2025
SON DƏQİQƏ! Rusiyadan yüksək vəzifəli şəxslər Bakıya gəldi
440
14:11 / 16 Mart 2025
XİN başsağlığı verdi
88
14:05 / 16 Mart 2025
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi
277
14:02 / 16 Mart 2025
Husilərdən ABŞ-ın Yəmənə hücumuna reaksiya: "Cavabsız qalmayacaq!"
88
13:59 / 16 Mart 2025
24 yaşlı şəxsin meyiti aşkarlanıb
87
13:34 / 16 Mart 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
402
13:32 / 16 Mart 2025
Sabah isti olacaq
82
13:10 / 16 Mart 2025
DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
92
13:01 / 16 Mart 2025
Bakıda faciə: Ölən var
95
12:00 / 16 Mart 2025
Məhşur müğəninin 98 minlik ev bazarlığı GÜNDƏM OLDU - VİDEO
123
11:39 / 16 Mart 2025
Lənkəranskinin dostunun qardaşını GÜLLƏLƏDİLƏR - ANBAAN VİDEO
120
11:20 / 16 Mart 2025
Rusiyada yanğın
108
11:05 / 16 Mart 2025
Putin bunu etməli olacaq - Britaniya Baş naziri
108
10:23 / 16 Mart 2025
Qabil Məmmədov bu tarixdə Bakıda olmalıdır — Baş Prokurorluq televiziya vasitəsi ilə xəbərdarlıq yaydı
2446
09:52 / 16 Mart 2025
Əri Aysunu belə cəzalandırır - yeni qalmaqal
1282
09:50 / 16 Mart 2025
Özgüvən sahibi necə olmaq olar?
115
09:41 / 16 Mart 2025
“Amerikanın səsi”ni batırdılar
119
09:35 / 16 Mart 2025
Düyü suyu görün nəyə dərman imiş
117
09:26 / 16 Mart 2025
İranlı general ABŞ-yə xəbərdarlıq edib
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.