Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63815
az

Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

12:0216 Yanvar, 2022
189
KRİMİNAL
  • A

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

OXU24.COM  xəbər verir ki, onlardan birinin oğurluq əməlinin də üstü açılıb.

Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Cəfər Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 20 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evə keçirilən baxış zamanı həyətdəki yardımçı tikilidən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 5 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər rayon sakini – Əlövsət Məmmədov, Cavid Quliyev, Araz Mahmudov və Zülfüqar Eyvazov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə heroin aşkarlanıb. Aparılan araşdırmalarla Z.Eyvazovun həmçinin Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən 400 manat dəyərində tikinti materialları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

17 yaşlı qız faciəvi şəkildə öldü
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO
Bakıda 23 yaşlı gənc bıçaqlanıb

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü