Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda sürücülər arasında dava olub, saxlanılan var

Bakıda sürücülər arasında dava olub, saxlanılan var

KRİMİNAL

871

15.12.2021, 13:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda sürücülər arasında dava olub, saxlanılan var Bakıda sürücülər arasında dava olub, saxlanılan var
Bakıda xuliqanlıq hadisəsi olub. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dekabrın 14-də Binə qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobilin sürücüsünün xuliqanlıq zəminində Buzovna qəsəbə sakini N.Hacıyevi döyməsi və idarə etdiyi “VAZ-2104” markalı avtomobilini təpiklə əzməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini İ.İsmayılov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.