Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58056
az

Bakıda evdən çıxan koronavirus xəstəsinə cinayət işi başlanıb - VİDEO

18:4402 Sentyabr, 2021
657
KRİMİNAL
  • A

Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları qəsəbə sakini virusun daşıyıcısı kimi qeydiyyatda olan Ramal Feyzullayevlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıb.

Həmin şəxs barəsində dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların nəzərinə çatdırılır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir. Bu hallar aşkar edildiyi təqdirdə həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən həm İnzibati Xətalar, həm də ki, Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb