Qaynar xətt:

(+99450) 247 90 86

İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var

KRİMİNAL

960

28.09.2018, 21:59

\"\" İranda spirtli içkidən kütləvi zəhərlənmə olub. Oxu24.com ISNA-ya istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda, Bəndər-Abbas şəhərində baş verib. Ev şəraitində hazırlanan spirtli içkidən 11 nəfər zəhərlənərək ölüb. Daha 123 nəfər xəstəxanaya yerləşdirilib. Bildirilir ki, 52 nəfər dializə qoşulub. Polis saxta spirtli içki hazırlayan ər-arvadı, habelə məhsulu satan şəxsi saxlayıb.