Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51914
az

Ağstafa sakininə hədə-qorxu gələrək pul tələb edən "jurnalist"lər tutulub

14:1402 Aprel, 2021
1426
KRİMİNAL
  • A

Ağstafada hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən OXU24.COM-A  verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, özlərini jurnalist kimi təqdim edərək, Ağstafa sakinindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən rayon sakinləri Fazil Quliyev və Vüsal Zeynalov saxlanılıb.

Onların ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, özünü “LTV7” internet televiziyasının əməkdaşı kimi təqdim edən F. Quliyev həmyerlisi V. Zeynalov ilə birlikdə zərərçəkən şəxsdən şəxsi informasiyanın ictimailəşməməsi müqabilində 500 manat pul tələb ediblər.

Davam etdirilən araşdırmalar nəticəsində V. Zeynalova məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, oradan 5 müxtəlif ölçüdə ov bıçağı və müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilən dini ədəbiyyat aşkar edilərək götürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bələdiyyə sədri həbs olunub
Qusar bələdiyyəsinin sədri həbs olundu
Etibarsız pullarla təqaüdçüləri aldatdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bələdiyyə sədri həbs olunub