Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44569
az

Azərbaycanda dəhşət! Hamilə qadını aparan təcili yardım "Kamaz"la toqquşdu -  VİDEO

22:1318 Dekabr, 2020
30651
KRİMİNAL
  • A

Şəmkirdə 3 nəfərin ağır yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com -un  xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.

Yük maşını qarşıdan gələn təcili tibbi yardım avtomobilinə çırpılıb. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobili COVID-19 xəstəsi olan hamilə qadını aparırmış.

Hadisə zamanı xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsü, 1966-cı il təvəllüdlü Ağstafa rayon sakini, Qoşqar Namazov, Qazax rayon Təcilli Tibbi Yardım Stansiyasının tibb bacısı, 1959-cu il təvəllüdlü rayon sakini Sevda Nəsibova və Qazax rayon sakini Jalə İsmayılova xəstəxanaya yerləşdiriliblər. Yaralılardan tibb bacısının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(apa)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yabanı halda bitmiş çətənə kolları məhv edildi
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi