Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
420
az

Azərbaycanda bank müdiri ölkədən qaçarkən tutuldu

16:5409 Aprel, 2018
1324
KRİMİNAL
  • A

 Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının “Yeni Gəncə” şöbəsinin müdiri Cəlil Əlizadə həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, ailəsi ilə birgə ölkədən qaçarkən sərhəddə saxlanılıb.

Məlumata görə, hadisə ötən gecə baş verib. Belə ki, bankın şöbə müdiri külli miqdarda vəsaiti (1 milyon manatdan artıq) mənimsəyib. Onun, hətta sərhədi keçdiyi, lakin sonradan saxlanılaraq geri qaytarıldığı bildirilir.

C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var.

Hazırda Beynəlxalq Bankın rəhbərliyi Gəncəyə səfər edib. Məsələ ciddi şəkildə araşdırılır.

Bankdan hadisə ilə bağlı hələlik hər hansı bir rəsmi açıqlama vermək niyyətində olmadıqlarını qeyd ediblər.

Məlumat üçün bildirək ki, ABB-nin Gəncə filialının müdiri iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda ŞOK - Ər arvadının kişilərlə intim görüntülərini kameraya çəkdi
Bakıda dəhşət: Kişi küçədə arvadına 20 bıçaq zərbəsi vurdu
Azərbaycanda dəhşətli qəza - 18 yaşlı tələbə həyatını itirdi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu