Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3787
az

Sabirabadda toyda kütləvi dava: 3 nəfər yaralanıb - YENİLƏNİB

10:2919 İyul, 2018
892
KRİMİNAL
  • A
09:41

Sabirabadda toyda kütləvi dava zamanı 3 nəfərə xəsarət yetirən şəxslər saxlanılıblar.

Oxu24.com-un report-a istinadən məlumatına görə, Sabirabadın Moranlı kəndində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı kənd sakinləri 1994-cü il təvəllüdlü Abbasov İlkin Taleh oğlu,1994-cü il təvəllüdlü Abbasov Ədalət İbrahim oğlu və 1995-ci il təvəllüdlü İmanov Feyruz Alim oğlu bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Cavadlı Kamran Akif oğlu, Cavadlı Kənan Akif oğlu və Əliyev Əli Saday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyə Şöbəsinə yerləşdiriliblər və vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

---------
08:50

Sabirabadda toyda baş verən kütləvi davada 3 nəfərə yaba ilə xəsarətlər yetirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, saat 00.30 radələrində Sabirabadın Moranlı kəndində toyda kütləvi dava baş verib.

Dava zamanı kənd sakinləri, 1992-ci il təvəllüdlü Abbasov İlkin  Taleh oğlu, 1995-ci il təvəllüdlü Abbaslı Ədalət İbrahim oğlu və 1994-cü il təvəllüdlü İmanov Feyruz Asim oğluna bədənlərinin müxtəlif yerlərindən yaba ilə kəsilmiş-deşilmiş xəsarətlər alıblar. Hər 3 yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdı.

Kütləvi davada iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı