Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3703
az

Xüsusi təyinatlılar Sumqayıta daxil oldu:

09:5116 İyul, 2018
1648
  • A
 Bu gün Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.


Oxu24.com  hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar.

Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilib, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunmuş və planları tam aşkara çıxarılıb, məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

Hüquq mühafizə orqanlarından hazırda əməliyyatın davam etdiyi bildirilib.

Xatırladaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda toyda mübahisə zamanı qan töküldü: saxlanılan var - YENİLƏNDİ
Şəmkirdə toyda bıçaqlanma oldu
Bakıda mənzildə meyit aşkarlandı

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Azərbaycanda titullu idmançı həbs edilib