Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36845
az

Bakıda kişi keçmiş arvadını sevgilisi ilə tutdu... — Dəhşətli qətlin TƏFƏRRÜATI-ANBAAN VİDEO

11:5304 Avqust, 2020
613
KRİMİNAL
  • A

Bakıda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsili bilinən 1985-ci il təvəllüdlü Rəşad İbrahimzadənin cinayət işi.
"Ölkə.Az" xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində baş verib.

İttihama əsasən Rəşad İbrahimzadə keçmiş həyat yoldaşı Zəhra İbrahimovanı əxlaqsız həyat tərzi keçirdiyi, başqa kişilərlə görüşdüyü üçün öldürmək qərarına gəlib. O, keçmiş həyat yoldaşını izləyərək Emil Əliyev adlı şəxslə görüşüdüyü görüb. R. İbrahimzadə Z. İbrahimovanı öldürüb, E. Əliyevi isə öldürməyə cəhd edib.

Təqsirləndirilən Rəşad İbrahimzdə özünü qismən təqsirli bilərək bildirib ki, Zəhra İbrahimova ilə birgə nikahdan 3 azyaşlı övladı var: "2018-ci ilin may ayında Kəpəz Rayon Məhkəməsində Zəhra ilə boşandıq. Boşansaq da, ailəmdən hər zaman xəbər alırdım. Çünki uşaqlarımız vardı. Lakin Zəhra ilə bağlı qulağıma yaxşı sözlər çatmırdı. Başqa kişilərlə oturub-durduğunu eşidirdim. Bunu həzm edə bilmədim. Onu izləmək qərarına gəldim. Mayın 3-də işimi-gücümü atıb Zəhranın dalına düşdüm. Səhər saat 9 radalərində "Gənclik” metrosunun yanında 199 nömrəli avtobusa mindiyini görüb, taksi ilə onu izləməyə keçdim. "Yaşıl bazar”ın qarşısında avtobusdan düşdü. Oradan "Atlas” klinikasının qarşısına gəldi. Bu zaman sonradan adını bildiyim Emil adlı şəxslə səmimi görüşdü. Aralarında isti münasibət olduğunu hiss etdim. Birlikdə getməyə başladılar. Bundan qıcıqlandım. Özümlə gətirdiyim bıçaqla onların üzərinə getdim. Zəhra məni görən kimi Emilin qabağına keçdi. Birinci Zəhraya bir neçə bıçaq zərbəsi vurdum. Zəhra yerə yıxıldı, dalınca Emili bıçaqladım. O yerə yıxıldı. Bir qədər orda durdum, özümə gələn kimi hadisə yerindən qaçdım”.
Ağır bədən xəsarətləri alan Zəhra İbrahimova hadisə yerində dünyasını dəyişib, Emil Əliyevin isə həyatını xilas etmək mümkün olub.

Rəşad İbrahimzadə isə Gəncə ŞBPİ-nə könüllü gələrək təslim olub.

Hadisə barədə daha ətraflı videonu təqdim edirik.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüsal Həşimov həbs olunub
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bakıda kafedə tüstülənmə oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub