Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda böyük əməliyyat - 32 nəfər saxlanıldı

KRİMİNAL

1628

07.04.2018, 10:27

\"\" Ötən gün axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Bu barədə Oxu24.com-a DİN Mətbuat Xidmətindən verilən məlumatda qeyd olunub. Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər xəsarət almışdır.Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Eləcə də cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.