Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33076
az

DSMF-nin iki yüksək vəzifəli əməkdaşı həbs edilib

08:1214 İyun, 2020
486
KRİMİNAL
  • A

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz Rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözügedən qurumda çalışan Elçin Ələkbərov saxlanılıb.

Adıçəkilən şəxslər işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə həbs olunub.

Bundan əlavə, DSMF-nin Kəpəz Rayon Şöbəsinin rəisi Ülfət Əhmədov da tutduğu vəzifədən azad olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü