Qaynar xətt:

(+99450) 247 90 86

Gəncə təcridxanasında intihara CƏHD

KRİMİNAL

981

27.06.2018, 16:25

\"\" Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında intihara cəhd olunub. Oxu24.com  xəbər verir ki, orada saxlanılan 1983-cü il təvəllüdlü İsmayılov Anar Tahir oğlu özünü asıb. A.İsmayılovun intihar cəhdindən xəbər tutanlar onu xilas edərək xəstəxanaya çatdırıblar. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.