Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2833
az

Vəkillər Kollegiyası İradə Cavadova ilə bağlı məlumat yaydı

10:5412 İyun, 2018
1903
KRİMİNAL
  • A
Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.

Vəkillər Kollegiyasının Rəyasət Heyətindən Femida.az-a verilən məlumata görə, şikayətçi K.M. göndərdiyi teleqramla Kollegiyaya müraciət edərək bildirib ki, vəkil Cavadova İradə Arif qızı şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda, vəkil şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib.

Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadova barəsində tədbir görülsün.

Şikayət araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilib, şikayətçi intizam araşdırması çərçivəsində izahat verib, habelə intizam icraatı zamanı vəkilin də izahatı alınıb. Şikayətçi K.M. öz izahatında, ilkin müraciətdə qeyd edilənləri bir daha təsdiqləyib və əlavə olaraq bildirib ki, vəkil İradə Cavadova tərəfindən əsassız olaraq onun barəsində məlumatların yayılması həqiqətən onun şərəf və ləyaqətinə toxunub və şikayətinin geri götürülməsi ilə əlaqədar vəkil İradə Cavadova tərəfindən ona təzyiqlər edilib.

Vəkillər Kollegiyasından bildirilib ki, vəkil İradə Cavadova Komissyanın və Rəyasət Heyətinin iclaslarında şikayətçi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqiliyini və səbəbini tutarlı faktlarla əsaslandıra bilməyib.

Komissiyanın rəyinə əsasən, müəyyən olunub ki, vəkil şikayətçi barəsində məlumatları mətbuat vasitəsilə kütləvi şəkildə yaymaqla şikayətçinin icazəsi olmadan onun barəsində əsaslılığı şübhə doğuran və həqiqiliyi öz təsdiqini tapmayan məlumatları ictimailəşdirib, bu məlumatların yalan olduğunu bilməsinə baxmayaraq, öz bəyanatını da təkzib etməyib:

"Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanan müqavilədəki imzanın şikayətçiyə məxsus olub-olmaması məsələsinin araşdırılması isə intizam icraatı araşdırmasının predmeti olmayıb. Beləliklə, vəkil İradə Cavadova tərəfindən vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinin pozulması halları müəyyən olunduğundan sonuncu barəsində kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir daha KİV nümayəndələrindən yoxlanılmamış məlumatları dərc etməməyi, yaranmış suallarla bağlı bilavasitə Vəkillər Kollegiyasının mətbuat xidmətinə müraciət etmələrini xahiş edir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər