Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı boksçunun qanını tökdülər

2018-04/1522907279_boks.jpg

KRİMİNAL

2066

05.04.2018, 09:49

\"\" Bakının Nəsimi rayonu ərazisində boks üzrə Azərbaycan çempionu bıçaqlanıb.
1992-ci il təvəllüdlü Abdullayev Tamerlan Namiq oğlu iaşə obyektlərinin birində öz doğum gününü qeyd edib. Həmin vaxt o, restoranda tanımadığı şəxslə mübahisə edib və restorandan bayıra çıxarılaraq bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. T.Abdullayev cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırır. T.Abdullayev IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları üzrə 69 kq. çəki dərəcəsində gümüş medal qazanıb. İdmançı, o cümlədən 2013-cü il boks üzrə Avropa çempionatında 1/4 finala çıxıb. 2013-cü ildə isə 69 kq. çəki dərəcəsində boks üzrə ölkə çempionu adına layiq görülüb. (Report.az)