Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2404
az

Bakıda yeniyetmə maşın qaçırdı, amma çox uzağa gedə bilmədi...

17:5030 May, 2018
769
KRİMİNAL
  • A
 Mayın 27-də saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə Nəsimi rayonunun Füzuli küçəsindən Bakı şəhər sakini Sərxan Quliyevə məxsus "Hyundai" markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

DİN-dən Oxu24.com-a verilən məlumata görə, bununla əlaqədar dərhal Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan avtomobil  İnşaatçılar prospektində Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək "isti izlər"lə saxlanılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə nəqliyyat vasitəsi ilə birgə aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi