Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23935
az

Qızına təcavüz edən müstəntiq bacanağından - Dəhşətli qisas aldı...

18:3004 Fevral, 2020
575
KRİMİNAL
  • A

Neftçala rayonunda qətl törətməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü İbrahim İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, İbrahim İbrahimovun qızı əvvəllər ev işlərində kömək məqsədi ilə Masallı şəhərində işləyən və yaşayan bacanağı Vaqif Kəlbiyevin evində müvəqqəti yaşayıb.

Həmin müddətdə Vaqif Kəlbiyev İbrahim İbrahimovun qızını zorlayıb. Zorlama faktı 2008-ci ilin yanvar-fevral aylarında baş verib.

Qızının təcavüzə məruz qalmasını hadisədən 10 il sonra İbrahim İbrahimov qızından və arvadından öyrənib. O, namusunun ləkələndiyini, insanların onu qınayacağını, qızının həyatının məhv olduğunu fikirləşib.

Bu məqsədlə İbrahim İbrahimov Vaqif Kəlbiyevi qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib. O, Vaqif Kəlbiyevlə təklikdə görüşmək və onu öldürmək üçün əlverişli şərait yaratmaq məqsədi ilə onun arvadına zəng vurub.

İbrahim İbrahimov guya hüquqi məsləhət almaq üçün bir nəfər müştəri ilə Vaqif Kəlbiyevin yanına gələcəyini bildirib.

2018-ci il noyabrın 24-də, saat 21 radələrində İbrahim İbrahimov Neftçala şəhərində bacanağının vətəndaşlara hüquqi yardım göstərməsi ilə əlaqədar fəaliyyət göstərdiyi tikilinin qarşısına gəlib.

O, əvvəlcədən mobil telefonla zəng edib və çağırdığı bacanağı Vaqif Kəlbiyevi orada gözləyib.

Vaqif Kəlbiyevin evindən çıxıb piyada gəldiyini görən İbrahim İbrahimov ofisinin giriş hissəsində ona yaxınlaşıb. Özü ilə gətirdiyi bıçaqla Vaqif Kəlbiyevin sinə və baş nahiyələrinə çoxsaylı zərbələr endirib.

Yerə yıxılan Vaqif Kəlbiyev başını iki əli ilə tutaraq yerə düzülmüş mişar daşına vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən İbrahim İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzanı ciddi rejimli müəssisəsdə çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan İbrahim İbrahimov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Zərərçəkmiş tərəfdə hökmdən narazı qalıb və apelyasiya şikayəti verib. Zərərçəkmişin hüquqi varisinin yazdığı şikayətində İbrahim İbrahimovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilməsini, onun cəzasının ağırlaşdırılması istənilib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala rayon polis şöbəsində müstəntiq işləyib.

O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bələdiyyə sədri həbs olunub
Qusar bələdiyyəsinin sədri həbs olundu
Etibarsız pullarla təqaüdçüləri aldatdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bələdiyyə sədri həbs olunub