Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21662
az

Reperin həbsində sensasion məqam: Həmin günü kimə söyübmüş?

16:1128 Dekabr, 2019
2029
KRİMİNAL
  • A
Son günlər sosial şəbəkələrdə “Paster” ləqəbli reper Pərviz Quliyevin saxlanması və həbs olunması ilə bağlı xəbərlər dolaşmaqdadır. Onun həbs olunması ilə bağlı müxtəlif səbəb və versiyalar göstərilir. “Qafqazinfo” xəbər verir ki, mənbənin məlumatına görə 15 dekabr tarixində rep ifaçıları arasında yarışma keçirilmiş, yarış zamanı Tibu ləqəbli rəqiblə söz duelində Pərviz Quliyev ifasında polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlədib. Məhz bu hadisədən sonra onun saxlanılaraq 30 sutka həbs olunduğu bildirilib. DİN-in mətbuat xidmətindən isə P.Quliyevin Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişin və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər etdiyi, polisin onu intizama dəvət etməsi ilə bağlı qanuni tələblərinə tabe olmadığına görə saxlanılması ilə bağlı açıqlama verilib. Xatırladaq ki, azərbaycanlı reperlər üçün “döyüş” səhnəsi olan “Kəllə Kəlləyə”də bu dəfə Pasterlə Tibu KM qarşılaşıb, “Elektra Events Hall”da baş tutan dueldə izdiham yaşanıb. Dəfələrlə yarışlarda çempion olan Pasterin qalib gələcəyi proqnozlaşdırılsa da, beş münsif üzvünün səsinə əsasən, Tibu 3:2 hesabla qalib olub. Həlledici səsi jüri olan keçmiş repçi Fərid Dadaşov (MC Daddy) verib. Həmin anda Pasterin tərəfdarları jüri heyətinə etiraz edərək klubu tərk etməyəcəklərini qeyd ediblər. Daha sonra fanatlar arasında dava da olub. Etirazlar bir müddət davam etsə də, qərarda heç bir dəyişiklik olmayıb. Pasterin məğlubiyyəti sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Əksər istifadəçilər münsiflərin haqsız olaraq qərar çıxardıqlarını iddia ediblər. Tibu isə sosial şəbəkədə status yazaraq 5 münsifin peşəkar repçi olduğunu qeyd edib: “Bu döyüşdə repə rep oldu. Amma Pərviz (Paster) çox söyüş söydü! Yəni, həyatda necə, meydanda elə hörmət olmalıdır. Mənimlə olan hər kəsə təşəkkür. Biz tarix yazdıq”. Bundan əlavə, sözügedən qarşılaşma üçün Pasterin təşkilatçılardan 10 min manat tələb etdiyi də iddia olunub. Tibu İnstaqramda bu məsələyə toxunaraq “bundan sonra mənimlə döyüş 20 mindir” şərhini yazıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı