Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli partlayışda daha bir nəfər öldü

Dəhşətli partlayışda daha bir nəfər öldü

KRİMİNAL

1490

22.05.2018, 10:13

\"\" Bakıda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada keçinib.
Oxu24.com  xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib. Baş həkim bildirib ki, hadisə nəticəsində bədən səthinin 100 faizi yanan, 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu mayın 22-də gecə saat 02:00 radələrində dünyasını dəyişib. Hazırda mərkəzdə müalicəsi davam etdirilən, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır. Hadisə nəticəsində qadının bədən səthinin 95 faizi yanıb.