Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini U.Tağızadə mayın 20-də saat 5 radələrində D.Əliyeva küçəsindəki parkda 2 nəfərin ona zor tətbiq edərək pulunu və mobil telefonunu almağa cəhd göstərdiklərini, lakin səs-küy yarandığından aradan çıxdıqlarını bildirib.
DİN-dən Oxu24.com-a verilən xəbərə görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinənlər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların paytaxt sakini Süleyman Quliyev və Salyan rayon sakini Mahmud İsmayılov olduqları müəyyən edilib.
Bakı şəhər sakini X.Məmiyev isə mayın 19-da saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində naməlum şəxsin onun 402 manatını və mobil telefonunu alması barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Asim Quliyev saxlanılıb. Faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır. Oxu24.com
ŞƏRHLƏR