Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19449
az

Tovuzdakı silahlı insidentlə bağlı DİN-dən rəsmi AÇIQLAMA - YENİLƏNİB

22:5825 Oktyabr, 2019
594
KRİMİNAL
  • A
 Tovuz rayonunda yaşanan silahlı insidentlə bağlə Daxili İşlər Nazirliyinin Qərb Regional Qrupunun Baş inspektoru Eşqin Qasımov Oxu24.com-un bölgə müxbirinə açıqlama edib:

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Onu deyə bilərəm ki, hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır”.

21:05

Tovuz rayonunda mübahisə bir nəfərin güllələnməsi ilə nəticələnib.

Oxu24.com-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Abdıyev Nəriman Mirzə oğlu “Makarov” tipli silahdan istifadə edərək həmkəndlisi Qasımov Habil Əli oğlunu öldürmək istəyib. Silahdan iki atəş açılıb. Biri H.Qasımova dəyməsə də, digəri onu yüngül yaralayıb.

İlkin məlumatlara görə, hadisəyə səbəb kənd qəbiristanlığında mal-qara otarılmasıdır. Belə ki, Nəriman Abdıyev Habil Qasımovdan kənd qəbiristanlığında mal-qara otarmamasını istəyib.

Nəticədə tərəflər arasında insident yaşanıb. Sonuncu mübahisə isə H.Qasımovun güllələnməsi ilə nəticələnib.

Keçirilən əməliyyatla hadisəni törədən Nəriman Abdıyev Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü