Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18559
az

Bakıda 16 yaşı tamam olmamış qızla cinsi əlaqəyə girdi... - TƏFƏRRÜAT

21:1302 Oktyabr, 2019
921
KRİMİNAL
  • A
 
Bakıda 16 yaşı tamam olmamış qızla cinsi əlaqəyə girdiyinə görə barəsində cinayət işi açılan və Nəsimi rayon Məhkəməsinin qərarı ilə məhkum edilən şəxslə bağlı Ali Məhkəməyə müraciət edilib.

Oxu24.com  publika.az-a istinadən xəbər verir ki, Əhmədov Nəriman Asif oğlu barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə açılan iş üzrə Nəsimi rayon Məhkəməsinin qərarından narazı olan zərərçəkən tərəf əvvəlcə apelyasiya məhkəməsinə, bu dəfə isə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə işə Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl təcavüzə məruz qalan qızın atası mətbuata hadisə barəsində məlumat verib. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, "Ambassador" otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur. O, işlədiyi "Ambassador" otelin otağında ilkin olaraq 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızla cinsi əlaqəyə girib.

İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Maraqlı məqam isə ondan ibarətdir ki, hadisə üzə çıxandan sonra 26 yaşlı şəxs telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib.

Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində məsələni aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinə yönəldib.

Nəriman Əhmədovla bağlı Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək isə təqsirləndirilən şəxslə bağlı ev dustaqlığı qərarı çıxarıb.

Lakin yetkinlik yaşına çatmayan qızın valideynləri qərardan narazı qalıb. Onlar ekspertizanın düzgün rəy vermədiyini bildiriblər. Belə ki, valideynlər tərəfindən zərərçəkmiş şəxs həkim yoxlanışından keçirilən zaman onun bakirəliyinin pozulduğu üzə çıxıb. Bundan başqa, Nəriman Əhmədovda olan infeksion xəstəliklər də qıza keçib.

{banner_reklam1}

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb