Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18242
az

Bakıda dəhşətli namus cinayəti - Kişi gəlininin başını balta ilə əzdi

10:5224 Sentyabr, 2019
552
KRİMİNAL
  • A
Ötən gün Bakıda dəhşətli cinayət baş verib.

BAKU.WS xəbər verir ki, hadisə dünən saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Füzuli rayonunda anadan olmuş, orta təhsilli, əvvəllər məhkumluq həyatı yaşamış Firdovsi Əkbər oğlu Məhərrəmov gəlini 1989-cu il təvəllüdlü, 4 uşaq anası Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayıb.

Kişi gəlininin başına balta ilə bir neçə zərbə endirib. Qadın yerindəcə keçinib.

Məlumat daxil olan kimi Xəzər rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Hadisə yerindən üzərində qan ləkələri olan balta tapılıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində gəlinini baltalayıb öldürən Firdovsi Əkbər oğlu Məhərrəmov tutulub. O, dindirilərkən, törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, gəlini öldürən Firdovsi Məhərrəmov həbsxanadan yeni çıxıbmış. O, gəlinini namus üstündə öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi