Qaynar xətt:

(+99450) 247 90 86

Uşaq bağçasındakı bu görüntüyə görə cinayət İŞİ AÇILDI

Uşaq bağçasındakı bu görüntüyə görə cinayət İŞİ AÇILDI

KRİMİNAL

82

30.10.2026, 15:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Oxu24.com-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub.

Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib. Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı polis orqanları tərəfindən cinayət işi başlanılıb.

Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, azyaşlı Badamdarda yerləşən "EOS Junior" uşaq bağçasında zorakılığa məruz qalıb.