Qaynar xətt:

(+99450) 247 90 86

Doqquz ayda narkotiklə bağlı 6247 cinayət faktı aşkarlanıb

Doqquz ayda narkotiklə bağlı 6247 cinayət faktı aşkarlanıb

KRİMİNAL

58

30.10.2026, 13:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2026-cı ilin yanvar-sentyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6247 cinayət faktı aşkarlanıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Onlardan 1682-si narkotik vasitələrin qanunsuz satışı, 4411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 152-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 8 ton 406 kq 878,621 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 236 kq 769,263 qramını marixuana, 395 kq 968,303 qramını heroin, 155 kq 369,817 qramını tiryək, 253 kq 763,447 qramını həşiş, 15,849 qramını kokain, 134 kq 383,153 qramını digər narkotik vasitələr və 230 kq 608,789 qramını psixotrop maddələr təşkil edib.

Bunlarla yanaşı 42852 ədəd həb metadon, 21355 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 1,018 qr prekursor, 206,058 qr və 276 ədəd güclü təsir edən, eləcə də 970,1 qr zəhərli maddələr aşkar edilərək götürülüb.