Qaynar xətt:

(+99450) 247 90 86

Məktəbə “Molotov kokteyli” atılıb - HƏBS OLUNANLAR VAR

Məktəbə “Molotov kokteyli” atılıb - HƏBS OLUNANLAR VAR

KRİMİNAL

910

30.10.2026, 12:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.

APA-nın  məlumatına görə, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.

Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Araşdırma davam etdirilir.