“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
233
21.10.2026, 18:53
Gəncədə bir şəxs bahalı ətir və kosmetika məhsullarını oğurlamaq üçün eyni mağazaya dəfələrlə üz tutub. Onun “Chanel” və “Michael Kors” markalı ətirləri, eləcə də üz kremi oğurlaması nəticəsində şirkətə 3671 manat ziyan dəyib.
Oxu24.com-un məlumatına görə, hadisələr Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ünvanında yerləşən “Gəncə Mall” ticarət mərkəzində fəaliyyət göstərən “Adore Kompani” MMC-yə məxsus “Adore Parfumery & Cosmetics” mağazasında baş verib.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2026-cı ilin müvafiq tarixlərində mağazaya müştəri kimi daxil olaraq vitrindəki məhsullara baxıb. Heç kimin onu görmədiyinə əmin olduqdan sonra açıq vitrindən bahalı ətir və kosmetika məhsullarını gizli şəkildə götürüb
O, oğurluqların birində ümumi dəyəri 781 manat olan iki “Chanel” ətrini, digər hadisədə isə 654 manatlıq iki “Chanel” ətrini talayıb. Sonrakı oğurluq zamanı 584 manatlıq iki ətir götürüb.
Təqsirləndirilən şəxs daha sonra mağazadan “Chanel” və “Michael Kors” markalı üç ətir oğurlayaraq 721 manatlıq ziyan vurub. Beşinci epizodda isə həmin markalara aid iki ətir və bir üz kremi götürüb. Bu dəfə mağazaya 931 manat ziyan dəyib.
Beləliklə, beş oğurluq epizodu üzrə “Adore Kompani” MMC-yə ümumilikdə 3671 manat ziyan vurulub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (oğurluq təkrar törədildikdə) ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib..Qaynarinfo
20:56 / 10 Noyabr 2026
20
20:54 / 10 Noyabr 2026
49
20:46 / 10 Noyabr 2026
65
20:35 / 10 Noyabr 2026
83
20:17 / 10 Noyabr 2026
79
20:10 / 10 Noyabr 2026
827
19:59 / 10 Noyabr 2026
86
19:58 / 10 Noyabr 2026
86
19:52 / 10 Noyabr 2026
90
19:52 / 10 Noyabr 2026
85
19:43 / 10 Noyabr 2026
93
19:40 / 10 Noyabr 2026
118
19:26 / 10 Noyabr 2026
103
19:20 / 10 Noyabr 2026
609
19:06 / 10 Noyabr 2026
130
18:58 / 10 Noyabr 2026
776
18:56 / 10 Noyabr 2026
113
18:39 / 10 Noyabr 2026
226
18:26 / 10 Noyabr 2026
535
18:25 / 10 Noyabr 2026
162
18:19 / 10 Noyabr 2026
186
18:17 / 10 Noyabr 2026
139
18:04 / 10 Noyabr 2026
229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.