“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
376
21.10.2026, 16:20
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış kanalizasiya quyusuna düşərək xəsarət alıb.
Oxu24.com "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 13B ünvanında baş verib.
Rövşən Əmircanovun xanımı avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicinin açıq quyusuna düşüb. Nəticədə onun sağ baldır sümükləri sınıb və sağlamlığına az ağır zərər vurulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi başlanıb. Hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. Onun adını dəqiqləşdirmək mümkün olmayıb.
İşə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsə bəraət verib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verərək onun ləğvini və vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Protestdə göstərilib ki, iş üzrə toplanmış sübutlar, zərərçəkmişin və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri hadisənin yağışqəbuledicinin üzərində qoruyucu barmaqlığın olmaması səbəbindən baş verdiyini təsdiqləyir. Məhkəmə-tikinti ekspertizasının rəyinə görə, quyunun barmaqlıqla təchiz edilməməsi hadisənin texniki səbəbi olub. Ekspertlər müvafiq təhlükəsizlik tələblərinin yerinə yetirilməməsinə görə məsul şəxslərin istintaqla müəyyənləşdirilməli olduğunu qeyd ediblər.
İşə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılıb. Apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin bəraət hökmünü ləğv edib. Təqsirləndirilən şəxs 314.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
20:56 / 10 Noyabr 2026
20
20:54 / 10 Noyabr 2026
49
20:46 / 10 Noyabr 2026
65
20:35 / 10 Noyabr 2026
83
20:17 / 10 Noyabr 2026
79
20:10 / 10 Noyabr 2026
827
19:59 / 10 Noyabr 2026
86
19:58 / 10 Noyabr 2026
86
19:52 / 10 Noyabr 2026
90
19:52 / 10 Noyabr 2026
85
19:43 / 10 Noyabr 2026
93
19:40 / 10 Noyabr 2026
118
19:26 / 10 Noyabr 2026
103
19:20 / 10 Noyabr 2026
609
19:06 / 10 Noyabr 2026
130
18:58 / 10 Noyabr 2026
776
18:56 / 10 Noyabr 2026
113
18:39 / 10 Noyabr 2026
226
18:26 / 10 Noyabr 2026
535
18:25 / 10 Noyabr 2026
162
18:19 / 10 Noyabr 2026
186
18:17 / 10 Noyabr 2026
139
18:04 / 10 Noyabr 2026
229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.