Qaynar xətt:

(+99450) 247 90 86

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır 

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır 

KRİMİNAL

71

09.10.2026, 21:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Goranboyda 51 yaşlı qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Oxu24.com xəbər verir ki, rayon sakini S.Ə. döş qəfəsinin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadına dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alan S.Ə. Goranboy Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Onun hansı səbəbdən xəsarət aldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.\\qafqazinfo