Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
28 Oktyabr 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
266
18.09.2026, 13:22
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır.
“Qafqazinfo”ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir.
Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün “AİD Group”a müraciət edib. Şirkətdə ona müqavilə təqdim olunub, şərtlərlə razılaşdıqdan sonra o, 2 min dollar ödəniş edib.
Şikayətçinin sözlərinə görə, sonradan ona təqdim edilən müqavilədə ilkin göstərilən sənəddən fərqli şərtlərin yer aldığını görüb. Belə ki, yeni müqavilədə viza üçün əlavə 850 manat ödənilməli olduğu və başqa bir neçə əlavə qeyd edilib.
Rüfət ona ofisdə təqdim olunan yeni müqavilə ilə tanış olduqdan sonra “AİD Group”la ilkin razılaşmadan imtina edib: “Əvvəl danışdıqlarımızdan fərqli şərtlərlə tanış olan kimi müraciətimə xitam verilməsini tələb etdim. Şirkətin yaratdığı “WhatsApp” qrupunda da bu barədə məlumat verdim. Qayda belədir ki, müqavilədən bir həftə ərzində imtina edildikdə ödənilən məbləğin yarısı geri qaytarılmalıdır. Amma bu vaxta qədər verdiyim 2 min dollardan 1 manat belə qaytarılmayıb. Sonuncu dəfə polisdə şikayət ərizəsi yazdım, prokurorluqdan mənə zəng ediləcəyini dedilər. Hələlik heç bir xəbər yoxdur”.
Rüfətin dediyinə görə, “AİD Group”un ofisinə daxil olarkən girişdə telefonu əlindən alınıb. Bu qayda kiminsə səsini yazmağın qarşısını almaq məqsədilə bütün müştərilərə tətbiq olunub.
“AİD Group”la bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində hərtərəfli istintaq hərəkətləri aparılır. Bir neçə zərərçəkmişə dəymiş ziyanın ödənildiyi deyilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nigar Fərhad artıq cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
Bu ittihamlar gələcəkdə məhkəmə istintaqı ilə təsdiqini tapsa, Nigarı 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, iki ay əvvəl “AİD Group” fəaliyyətini dayandırıb. Şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Samir Nigar Fərhadın həyat yoldaşıdır.
23:19 / 28 Oktyabr 2026
1
23:14 / 28 Oktyabr 2026
19
23:10 / 28 Oktyabr 2026
29
22:50 / 28 Oktyabr 2026
497
22:45 / 28 Oktyabr 2026
61
22:37 / 28 Oktyabr 2026
62
22:33 / 28 Oktyabr 2026
59
22:29 / 28 Oktyabr 2026
310
20:59 / 28 Oktyabr 2026
79
20:36 / 28 Oktyabr 2026
100
20:29 / 28 Oktyabr 2026
83
20:26 / 28 Oktyabr 2026
81
20:25 / 28 Oktyabr 2026
71
20:23 / 28 Oktyabr 2026
114
20:20 / 28 Oktyabr 2026
136
20:18 / 28 Oktyabr 2026
682
20:16 / 28 Oktyabr 2026
81
20:14 / 28 Oktyabr 2026
97
20:13 / 28 Oktyabr 2026
95
19:57 / 28 Oktyabr 2026
88
19:41 / 28 Oktyabr 2026
272
19:36 / 28 Oktyabr 2026
131
19:28 / 28 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.