Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16992
az

İrandan Azərbaycana şokoladın içində narkotik keçirən şəxslər saxlanılıb - FOTO

12:0921 Avqust, 2019
827
KRİMİNAL
  • A
 
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə daxil olan əməliyyat məlumatları əsasında İran İslam Respublikasından birlikdə piyada yolla gələn Azərbaycan Respublikasının 3 vətəndaşı Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarətinə daxil olarkən saxlanılıb və sorğu-sual edilərək onlara məxsus əl yükləri  yoxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin təqdim etdiyi yük çantasındakı 4 ədəd şokolad qutusunda yad predmetin olduğu müəyyən edilib və qutulara gömrük baxışı keçirilib.

Qutulardan “Nani”, “Eterno” markalı şokoladlarla yanaşı, həmin məhsulların qablaşdırmasına yerləşdirilərək gömrük nəzarətindən gizlədilən, içərisində narkotik və psixotrop maddə olan 24 ədəd uzunsov büküm aşkarlanıb.



Aşkar edilən bükümlərdən 17-də ümumi çəkisi 196 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 6-da ümumi çəkisi 191 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1-də isə təqribi çəkisi 1 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, həmçinin 10 ədəd üzərində “FM 40” yazısı olan açıq qəhvəyi rəngli həb - metadon olduğu məlum olub.

Qeyd edək ki, Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri”nin II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub
Vüsal Həşimov həbs olunub
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub