Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14971
az

Azərbaycanlının İspaniyada 2 milyonluq saatı oğurlandı – nazir oğlu olduğu deyilir

09:5027 İyun, 2019
1161
KRİMİNAL
  • A
 İspaniyanın İbiza adasında istirahət edən 22 yaşlı azərbaycanlı turist qarət olunub. Onun 1 milyon 150 min avro (təxminən 2 milyon 200 min manat) dəyərində saatı oğurlanıb. Bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti məlumat yay

Bizimyol.info xəbər verir ki, hadisə gündüz saatlarında dəniz sahilində baş verib. Həmin vaxt saatın sahibi sahildə gəzirmiş. Cinayətkar öncə ona bir neçə zərbə endirib, daha sonra “Richard Mille 50-03 McLaren F1” markalı saatı götürüb qaçıb.

Azərbaycanlının İspaniyada oğurlanan saatı
  

Zərərçəkmiş azərbaycanlı dərhal hadisə barədə polisə məlumat verib. Cinayəti törədən şəxsin təxminən 30 yaşlarında olduğu bildirilir. Zərəçəkmişin üzərində, xüsusən əllərində xəsarət izləri var.

“Richard Mille” saatları dünyanın ən bahalı saatlarından bir sayılır. Onlar əsasən yüngül olmasıyla fərqlənir – saatın kəməri ilə birlikdə çəkisi 40 qramdan da az olur. Mexanizmi titandan hazırlanan bu saatlar məhdud tirajla istehsal olunub – cəmi 75 ədəd.

Amma ispan polisi də, Britaniya mediası da sözügedən azərbaycanlının kimliyini açıqlamayıb.

Bizimyol.info-nun əldə etdiyi məlumata görə, saatın sahibi Gənclər və İdman naziri Azad Rəhimovun Londonda yaşayan oğludur.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi