Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13050
az

Bakıda hadisə! Məktəbli qızı qaçırıb...

12:2611 May, 2019
574
KRİMİNAL
  • A
 
Bakıda 14 yaşlı şagird qaçırılıb.

Oxu24.com xəbər verir  ki, Bu haqda Oxu.Az-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

İnsident mayın 9-da Ramana qəsəbəsi ərazisində baş verib.

13:00 radələrində naməlum gənc 2004-cü il təvəllüdlü T.M.-i qaçırıb. Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət edib. Onun bildirdiyinə görə, qızını evlilik məqsədilə qaçırıblar.

Qızı qaçıranın kimliyi barədə hələ ki məlumat yoxdur. 12-ci polis bölməsindən qızın axtarışlarının davam etdiyi bildirilir.  

Qeyd etməliyik ki, ölkədə yetkinlik yaşına çatmamış şəxsi nikaha daxil olmağa məcbur etməyə görə Azərbaycan CM-nin 176-1.2 maddələrində üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Bundan başqa, qaçırılma qadının iradəsinə qarşı olduqda, bu zaman cinayət əməlinə CM-nin 144-cü maddəsi ( adam oğruluğu) tövsif olunur. Belə olan halda təqsiri sübuta yetirilmiş şəxsə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Onu da qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, ölkədə qızın nikaha daxil olması üçün yaşı azı 18 olmalıdır. Bununla belə ölkədə erkən nikahlara hələ də tez-tez rast gəlinir.

Son bir həftə ərzində Bakıda yetkinlik yaşına çatmayan qızların vətəndaş nikahından övlad dünyaya gətirməsi ilə bağlı bir neçə fakt qeydə alınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi