Qaynar xətt:

(+99450) 247 90 86

Xaçmazda narkotiklə bağlı iki nəfər həbs edildi

KRİMİNAL

123

10.01.2025, 12:25

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu24.com    verilən məlumata görə, rayon sakinləri Vüsal Hüseynov və Sabir Siracov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.