Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda AĞIR QƏZA: xəsarət alanlar var

KRİMİNAL

233

04.01.2025, 21:30

Goranboy rayonu, Balakürd kəndində avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var.

OXU24.COM  xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Balakürd kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü Muradov Bəhruz, 1964-cü il təvəllüdlü Bədəlova İradə, 1964-cü il təvəllüdlü Muradova Məleykə, 2009-cu il təvəllüdlü İbrahimli Fatimə və 1982-ci il təvəllüdlü İbrahimov Şaiq müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan ikisinin vəziyyəti ağır və orta ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti isə kafidir.

Faktla bağlı araşdırma aparılır.