Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105702
az

Yevlaxdakı qətlin təfərrüatları məlum olub

11:3707 Aprel, 2024
153
KRİMİNAL
  • A

Yevlaxdakı qətlin bəzi təfərrüatları məlum olub.

 

Oxu24.com -un  məlumatına görə, rayonun Əkşəm kənd sakini, 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlu tanışları ilə birgə Mingəçevir şəhərində yerləşən çayxanaların birində olan zaman 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu ilə mübahisələri düşüb.

 

Daha sonra M.Orucov Əkşəm kəndinə, yaşadığı evə qayıdıb.

 

Ş.Bayramlı və daha 4 nəfər onunla birgə M.Orucovun yaşadığı evin önünə gedib və onlardan biri M.Orucovu çölə çağırıb. Bu zaman Ş.Bayramlı Mingəçevirdə yaşanan mübahsə zamanı onun ünvanına söyüş söydüyünü deyərək M.Orucova 1 bıçaq xəsarəti yetirib. Ürək nahiyəsindən ağır xəsarət alan M.Orucov xəstəxanaya aparlan zaman yolda dünyasını dəyişib.

 

Hadisəni törətməkdə şübhəli bilinən Ş.Bayramlı isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göyçay sakini atasını döyüb öldürdü
Göyçay sakini atasını döyüb öldürdü
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı